ZOMBI66
  Eserler ve serler
 

 

Boğazıma qədər yığıldım artıq. Yalan vədlərdən, yalan sevgi sözlərindən, üzümə gülərək yalan vədlər verən insanlardan,verdiyi sözün arxasında dayana bilməyənlərdən bezdim. Bundan sonra nə olacaqsa olsun artıq. Heç bir şeyin dərdində deyiləm. Ölüm belə adiləşib mənim üçün. Eyni hissləri insan nə qədər yaşayar, eyni acını insan nə qədər daşıyar, mən də insanam axı, məgər mənim təmiz sevgiyə sahib olmaga haqqım yoxdu?...Bəzən bütün həyatım bir kino lenti kimi keçir gözümün önündən sıxılıram, bəzən də heç bir şey olmamış kimi baş götürüb getmək istəyirəm kimsənin məni görə bilməyəcəyi yerə. Sanki hər şeydən, hər kəsdən uzaq olsam rahat olacaqmış kimi gəlir mənə. Bəzən ürəyimin yerində bir daş olduğunu düşünürəm,”bu mənəm?” deyirəm. Halbuki birinin dərdi olanda onu ovunduran, dərdinə ortaq olan, üzünü güldürməyə çalışan “Mən” indi özümü ovundurmağa gücüm çatmır. Artıq heç kimin bir kəlmə söz deməsini belə istəmirəm. Çünki heç bir mənası yoxdu. Mənim üçün həyat necə başladısa elə də davam edəcək bunu bilirəm. İstəsəm də dəyişdirə bilmərəm. Əlimdə deyil. Olur da bir gün həyata tam başqa maraqla, tam başqa gözlə baxmağıma səbəb olacaq biri çıxarsa qarşıma o zaman bəlkə mənim üçün də həyat dəyişər. 
Nə istədim ki mən həyatdan? Sadəcə təmiz sevgi, təmiz vicdanlı insanlar, düzgün vədlər. Məgər yalnış bir şeylərmi istəmişəm? Məgər çox şeymi istədim? Niyə insanın özü kimisi olmur? Niyə hər şeyin düzünü gözlüyərkən yalanla üzləşirsən? Bax bu sualların cavabı tapılanda həyat da dəyişəcək mənim üçün. Bu sualların cavabı da çox çətin tapıla. Ona görə də “mənim üçün həyat necə başladısa elə də davam edəcək” deyirəm. Amma nə etsəm də, nə düşünsəm də tək bildiyim həyat davam edir. Bütün bu çatışmazlıqları qəbul etsəm də etməsəm də həyat öz axarındadır. 

Bu gündən üzümdə nə xoş təbəssüm, 
Nə də sevinc, fərəh olmayacaqdır. 
Məni kölgə kimi güdəcək həsrət, 
Vüsaldan əlamət qalmayacaqdır...

 



Bu gün yeni səhər və yeni gün..Demək istəyirəm hər şeyi. Ürəyim elə doludurki..İsətiyrəm səni çoox istəyirəm hər şeydən çox..Unuda bilmədiyim günləri istərdim yenidə yaşayım.Hər kəs kimi yenə məndə xoşbəxt olum.Qoyma qoyma heç kim mənə səndən başqa Səni sevirəm desin! Qoyma.... Məni tək qoydun..Zülm gecələrim oldun.Yuxularım oldun. Sənsiz olduyum hər gün mənə zülm oldu..Mənə güllər dolu verilən hədiyyələri artıq almıram.Biz dost idik..Bilmirəm necə sevgi oldu bu? Anlaya bilmirəm...Səni istəyirəm..Yenə?Susma nə olar susma... Dözə bilmirəm susqunluğuna..Sakitliyə.Məni unutdum deyib xatırladın.Amma məni xatırlaya bilməyəcəksən..Çünki sən öləndə məni öldürdün..Bu mən deyiləm..İçimdə şeytan var..Məni buraxandan bəri içimdəki mənidə sənə vermişəm..Axtardım. Və tapdım içimdəki qutunu tapdım..İçində bir yazı var idi birdə açar..Açarı götürdüm və qutunu birdəfəlik kilitlədim.İstəmirəm səni get onsuzda getmisən..Məndə gələcəm darxıma..Gləcəm bir dəfəlik ürəyinə və birdəfəlik çıxmayacam.Hər şey yaxşı olacaq..O qədər deyirəmki..Özümü öldürmək istəyirəm..Təkcə qalmaq istəyirəm.Çarəsi varmı bunun? DE niyə? Aynaya baxdım mən həmin mən deyiləm.Qapıma bir zərf gəldi.Açdım içimdə kədər var idi ancaq kədər..Mən indi hər gecə ağlayacam? Hər gün belə özümə qəsd edəcəm? Unutma deyərdim..Amma indi demirəm.İstəyirəm həmişə ğalında olum.Cansız ruhunda hiss elə məni..Son zərbəni vurdun sən mənə..Səni təbrik edirəm.Hər gün beləedəcəm.Hər gün ağlıyacam hər gün qəsd edəcəm özümə.Mən onsuz özümə qəsd etmişəm.Bilirsən necə? Yox bilmirsən məndə demiyəcəm..Amma bunu etiraf edirəm SƏNİ SEVİRƏM!

 



Sevgim yenə ulumu? 

Gözləmirsən yolumu?

Qəlbin yenə dolumu?

Eh, kim bilir bəlkə də.

Məni unutmusanmı? 

Yanıb yaxılmışam

Baxıb alışmışam

Gülüm, dura bilmirəm

Elə darıxmışam,

Məni unutmusanmı? 

Könlündə qalmışamsa,

Ora iz salmışamsa,

Yaşamağa dəyərdi

Unudulmamışamsa.

Məni unutmusanmı? 


Bahar gözləyən quşdum,

Dağdan-dağa uçdum,

Xətrinə dəyməsin

Elə-bələ soruşdum:

Məni unutmusanmı?

 


 

 
   
 
BY:ALI ALIYEV Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol