ZOMBI66
  Dahilerin heyati
 
Yusif Vəzir Çəmənzəminli Həyatı - 1 - Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-ü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. Qeyd etmək lazımdır ki, 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Beləliklə, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur. Taleyin qisməti belə gətirir ki, uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmi.di, fars və türk dillərini mükəmməl bilirdi. O, ədəbiyyat ilə də məşğul olardı və Firdovsi ilə Füzulini çox sevərdi. Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-sazəndələrə, yeyib-içməyə xərcləyib, kasıb düşdükdən sonra Ağdamda attar (dərman və ədviyyat satan) dükanı açır və orada nüsxəbəndlik (qədim tibb kitabları əsasında dərman düzəldən həkim) edir. Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Şuşa realnı məktəbi tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı. Şuşa realnı məktəbinin yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı Əbülhəsən nümunəvi tələbə olduğu üçün Yusifin də realnı məktəbdə yaxşı tələbə olmasına çalışırdı. Lakin Əbülhəsən istədiyi kimi ona müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda hər şeydən çox rəssamların və heykəltaraşların tırcümeyi-halına diqqət yetirərdi. Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olmuşdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamışdı. Yusifin tələbəlik illərinin sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir və 1904-cü ildə vəfat edir.
 
   
 
BY:ALI ALIYEV Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol