ZOMBI66
  Bermud ucbucagi
 
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. aaa Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir. Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə apartlarını istifadə etməsi kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir. Bermud üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır. Əksər insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur.
 
 
   
 
BY:ALI ALIYEV Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol